Mebel

Çinin mebel mərkəzində - Foşan şəhərində yerli istehsalçılardan savayı, interyerlərin qurulması ilə məşğul olan bir çox əcnəbi dilerlər yerləşmişdir.

Buna görə də, alıcıların seçimi kifayət qədər böyükdür.

Bazarda yumşaq, qonaq, mətbəx mebelinin nümunələri, eləcə də, ticarət mərkəzlərinin ofisləri üçün modellər, kafe təqdim olunmuşdur. Korpus və mətbəx mebelinin müasir modelləri, santexnika və digər avadanlıq öz zənginliyi və müxtəlifliyi ilə insanı heyrətə gətirir. Bazarda nəinki yerli zavodların malları, eləcə də, Şanxaydan, Pekindən, Honkonqdan, Taybeydən gətirilən məmulatlar təqdim olunmuşdur.

Mebeldən savayı, qablaşdırıcı avadanlıq, tikinti profilləri satılır. Malların keyfiyyəti iri şirkətlərin nümayəndələrinin və fərdi şəxslərin tələblərinə cavab verir.

Mənzillər, evlər, ofislər, restoranlar, otellər, sanatoriyalar və istirahət evləri  üçün malları bir yerdə əldə etmək çox rahatdır.

Foşanda mebel ticarət mərkəzlərində, mağazalarda, şou-rumlarda, sərgi komplekslərində satılır.

Foşanda ən böyük və məşhur mebel mərkəzi – Luvrdur. Burada ən gözəl və təmtaraqlı mebel satılır. Onun hazırlanması üçün ən bahalı materiallar götürülür: qırmızı ağac, büllur, gözəl parçalar və təbii dəri. Bu bazarda minimalist dizayndan başlayaraq saray Barokkosuna qədər istənilən üsluba malik olan mebeli seçmk mümkündür. Bu ticarət kompleksi öz miqyasları ilə hamını heyran edir. Ticarət ərazisində 100 – dən çox pavilyon yerləşmişdir.

Kompleksin altıncı mərtəbəsində Luvr restoranı yerləşir və bu restoranda həm avropa, həm də, asiya mətbəxinin yeməkləri verilir. Yaxınlıqda kiçik qəlyənaltı yeri və çayxana yerləşmişdir.

Mərkəzin birinci mərtəbəsində bankomatlar və Çinin mərkəzi bank ofisi fəaliyyət göstərir.

 

Luvrda mebel satılır:

  • ofis üçün;
  • çin üslubunda istehsal olunmuş ənənəvi mebel;
  • mətbəx mebeli;
  • qonaq mebeli;
  • hörmə və küçə mebeli;
  • ağac növlərindən hazırlanmış ən gözəl mebellər;
  • uşaq otaqları üçün nəzərdə tutulmuş mebellər;
  • şüşə və metaldan hazırlanmış mebel

Bütün ticarət kompleksi qonaqların rahatlığı üçün sektorlara bölünmüşdür

Luvr mebel kompleksinin qarşısında otellər üçün mebel satan çoxlu sayda ticarət kompleksləri yerləşir:

  • Business Hotel Futniture;
  • Tianle Futniture City;
  • MeiWah Office Futniture;
  • Huanlong;
  • Zhuolong.