Santexnika

Vanna otağı - əsasən kifayət qədər kompakt otaq olub, buna görə də, o daha rahat və düşünülmüş şəkildə təchiz olunmalıdır. Sanitar şəbəkə və vanna otaqları üçün mebelin seçimi fayans ilə məhdudlaşdırılmır. м.

Mehmanxanalar üçün bu cür mebelin müxtəlif kompektləri müxtəlif tərkibə malikdir. Ona vanna, ayaqyolu çanağı, əl-üz yuyan çanağı, çanaq altındakı dolabın üst taxtası, rəflər, penallar, kamod, camaşırın yığılması üçün zənbillər, paltarasan, aynalar, şamdanlar daxildir.  Həmçinin vanna otağı aksesuarlar ilə təchiz oluna bilər (dəsmallar üçün tutqac, vanna otağında zəruri gigiyena predmetləri üçün futlyarlar).

Sanitar qovşaqlar və vanna otaqları üçün mebelin düzgün seçimi görünən mühəndis kommunikasiyalarını bağlamağa, bu və ya digər zəruri əşyaları gizlətməyə, eləcə də, yerə qənaət etməyə kömək edir. Məsələn, künc dolabları həddən artıq kompakt olmaqla yanaşı eyni zamanda iri tutumludurlar. Əl – üz yuyuan çanaq altındakı dolabın seçimi ən yaxşı variantdır.

Əgər vanna otağı həddən artıq balacadırsa, o zaman duş kabinalarının quraşdırılması ən optimal variantdır.

Ayna – vanna otağının interyerinin ən sonuncu elementi deyildir. Aynaların seçimi kifayət qədər böyükdür. Əsasən vanan otaqları üçün kiçik aynalar istifadə olunaraq divarlara bərkidilir və ya mebelin digər predmetlərinin (penalların, rəflərin) tərkibinə daxildir. Bu cür aynalar rütubətə qarşı davamlı olmalıdır.

Sanitar qovşaqlar və vanna otaqları üçün mebelin istehsalı zamanı materialların temperatur dəyişkənliyinə və rütubətə, eləcə də, imkan daxilində - mexaniki zədələnmələrə qarşı daha davamlı olur. Mebel çirklənmələrdən daha aanlıqla təmizlənməlidir.

Sanitar şəbəkələr və vanna otaqları üçün mebelin dizaynına diqqət yetirməmək olmaz. Mehmanxanalar üçün bu cür mebel həm neytral, adi üslublu, həm də qeyri-adi ola bilər.

Rənglərin psixoloji təsirini nəzərə almaqla vanna otaqları üçün mebelin rəngli qammalarının seçimi həddən atıq vacibdir.